RU

Əhaliyə XƏBƏRDARLIQ: 17-18 fevral tarixlərində…

Fevral ayında bir neçə maqnit qasırğası gözlənilir.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Milli Okeanoqrafiya və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi məlumat yayıb.

Fevralın 17 və 20-də mülayim maqnit qasırğaları proqnozlaşdırılır. Həmin günlərdə meteohəssas və xroniki xəstəlikləri olan insanlar özlərini pis hiss edə bilərlər. Fevralın 18, 19 və 24-də isə güclü maqnit qasırğaları baş verəcək.

Təqdim edilən günlərdə Yerin maqnit sahəsində güclü dalğalanmalar baş ağrıları, yorğunluq, qan təzyiqi problemləri və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Bu həftə boyunca – 10-16 fevral tarixləri arasında güclü maqnit qasırğaları proqnozlaşdırılmır. Lakin fevralın 17-də mülayim, 18 və 19-da isə güclü maqnit qasırğaları gözlənilir. Bu səbəbdən, xüsusilə meteohəssas insanlar həmin günlərdə sağlamlıqlarına diqqət yetirməlidirlər.

Избранный
16
13
busaat.az

10Источники