Bu ildən Həcc ziyarətində zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bu qərar Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə verilib.
Xatırladaq ki, ötən il Məkkəyə ailəsi ilə birlikdə həcc ziyarətinə gedən Yəhya Məhəmməd Ramazan adlı 4 yaşlı misirli uşaq kəskin istilər səbəbindən dünyasını dəyişmişdi. Məscidül-Həramda vəfat edən Yəhya Məhəmməd Kəbədə həyatını itirən ən gənc ziyarətçi olub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта