RU

Fransa bu sahəyə 109 milyard avro sərmayə qoyacaq

Fransa qarşıdakı illərdə süni intellekt sahəsinə 109 milyard avro sərmayə qoyacaq.

Publika.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bu gün Parisdə keçiriləcək Beynəlxalq Süni İntellekt Fəaliyyət Sammiti öncəsi “France 2” telekanalına açıqlama verib.

O, bu investisiyanın ABŞ-ın “Stargate” layihəsinə bərabər olacağını qeyd edib.

Makron süni intellekt sahəsində dövlət və özəl sektor arasında əməkdaşlığı təmin edəcək qlobal tənzimləmə yaradılmasını və ölkəsinin bu yeni tərəqqi dövrünə qoşulmasını təklif edib.

Избранный
22
publika.az

1Источники