RU

"Yaxın zamanda işğaldan azad olunan ərazilərimiz minalardan tam təmizlənəcək" - DEPUTAT

"Yaxın zamanda işğaldan azad olunan ərazilərimiz minalardan tam təmizlənəcək" - DEPUTATHazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Bu gün qayıdış, bərpa-quruculuq işləri üçün ən böyük maneə Ermənistanın basdırdığı minalardır. Təəssüf ki, Ermənistanın ölkəmizə qarşı apardığı mina terroru davam edir.

Milli Məclisin deputatı Mahir Süleymanov bu barədə Sonxeber.az - a danışıb:

"Torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərimizə böyük köç başlayıb. Təbii ki, minalardan təmizlənmə mühim əhəmiyyət kəsb edən bir məsələdir. Buna görə prezidentimizin sərəncamı ilə Azərbaycan Respublikasında Minatəmizləmə Agentliyi yaradılıb. Həmin agentlik bu sahədə işlərin görülməsində çox mühim rol oynayır. Ermənistanın mənfur siyasəti nəticəsində son 30 ildən artıq müddətdə bizim işğal altında olan torpaqlarımızda böyük dağıntılar həyata keçirilib. Məscidlərimiz dağıdılıb, mədəni abidələrimiz məhv edilib. Ərazilərimizdə salamat heç bir bina, ev qalmayıb. Bunlar Ermənistanın vəhşi siyasətinin nəticəsidir. O ərazilərdə basdırılan minalar da Ermənilərin soyqırımsevər millət olduğunun, insanlığa qarşı necə mənfur davrandığının əyani sübutudur. Bildiyiniz kimi artıq bu sahədə işlər aparılır. Minatəmizləmə üçün böyük avadanlıqlar alınıb. Onlar işğaldan azad olunan ərazilərimizdə fəaliyyətə başlayıb. Ümid edirik ki, yaxın zamanda işğaldan azad olunan ərazilərimiz minalardan tam təmizlənəcək. Vətəndaşlarınlz həmin torpaqlarımızda əmin amanlıqla yaşayacaq".

Избранный
14
sonxeber.az

1Источники