RU

"Kadr dəyişiklərindən sonra nələr baş verəcək"? -SORĞU

İdarəetmədə zəngin biliyi və böyük təcrübəsi olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi. Təsadüfi deyil ki, bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir.

Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti ölkəmizin dünya dövlətləri arasında layiqli yerini tutması, iqtisadi yüksəlişə nail olmaq və insanlar üçün yüksək həyat standartları təmin etməkdir. Bu hədəfə çatmaq üçün isə köklü islahatlar həyata keçirilir. Reformalar ölkədə yeni siyasi və idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, düzgün kadr islahatlarının da reallaşdırılmasını təmin edir. Son vaxtlar Prezident İlham Əliyevin göstərişi ilə bəzi nazirliklərə yeni nazirlər təyin olundu. Bəs bu mövzu ilə bağlı şəhər sakinlərinin fikri necədir. SİA- bu mövzu ilə bağlı şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Qüdrət Səlimov: “Mən düşünürəm ki, bu yeni islahatlar ölkəmiz üçün əsasda sakinlər üçün yaxşı olar. Biz cənab Prezident İlham Əliyevin qərarlarına inanırıq və ümid edirk ki, yeni gələn nazir xalq üçün çalışar və biz sakinlərin yaşayış rifahı yaxşılaşar”.

Şəhər sakini Səbinə Osmanova: “Bununla bağlı onu deyə bilərəm ki, gənc kadrların rəhbər vəzifələr keçməsi çox uğurlu bir hadisədir. Biz gənclər üçündə bu kimi kadr dəyişiklikləri bizə ümid verir. Ümid edirəm ki, mən özümdə nə zamansa rəhbər vəzifələrdən birini tutacam”.

Şəhər sakini Sahil Zamanov: “Mən bu məsələ ilə bağlı onu deyə bilərəm ki, bu kadr islahatların şəxsən mənə heç bir xeyri yoxdu. Özüm ali təhsilliyəm amma hal-hazırda neçə vaxtır ki, işsizəm. Bu kimi kadr dəyişiklikləri edincə vətəndaşlar üçün iş yerləri təmin olunsun”.

Səhər sakini Günay Məmmədova: “Mən düşünürəm ki, kadr islahatlarının olması çox yaxşıdır. Çünki keçmiş zamanlardan olan qoca nazirlər vətəndaşların halını bilmirdilər. bir çox qurumlarda rüşvətxorluq baş alıb gedirdi. Amma son zamanlarda görürük ki, kadr islahatlarından sonar bunların qarşısı alınmaqa başlanılıb”.

Şəhər sakini Məhəmməd Məmmədli: “Mən bir vətəndaş kimi bu mövzu ilə bağlı fikrlərim ondan ibarətdir ki, bu kadr islahatları ölkəmiz, xalqımız və cəmiyyətimiz üçün çox lazımlıdır. Lakin bəzi məqamlarada toxunmaq istəyirəm. Misal olaraq onu qeyd edim ki, dövlət qrumlarında maaşların qalxmasından sonar mağazalarda da qiymət artımı müşahidə olunur. Bununla bağlı dövlət bu məsələnidə nəzarətə götürməlidir”.

Şəhər sakini Zülfüqar Kərimli: “Bu son kadr islahatlarının olmasını müsbət qarşılayıram. Cənab Prezidentin bu qərarları çox möhtəşəmdir. Lakin Azərbaycanda olan işsizlik məsələsinidə müzakirə etmək lazımdır. Gənclərimiz ali təhsil alır lakin iş tapa bilmirlər. Daha sonar xaricə üz tutmaqa məcbur olurlar. Sonar da deyirlər ki, gənclər niyə ölkəni tərk edir? Bunun üçün isə yeni iş imkanları yaradılmalı və gəncləridə işlə təmin etməlidirlər.

Müəllif: Ziya Hikmətoğlu
Избранный
13
sia.az

1Источники