RU

Rusiya XİN Bakı və Yerevanın "Qərb platformasında" sülh bağlamasının əleyhinədir

Moskva Ermənistan və Azərbaycanın münasibətlərin uzunmüddətli tənzimlənməsi demək olan sülh müqaviləsi işləyib hazırlamasının tərəfdarıdır. Bu barədə RF XİN başçısının müavini Mixail Qaluzin "İzvestiya"ya müsahibəsində bildirib.

Bir müddət əvvəl Ermənistan və Azərbaycan rəsmiləri sülh müqaviləsinin, demək olar ki, 90% razılaşdırıldığını açıqlayıblar. 

"Təbii ki, biz hər zamanı irəliyə doğru hərəkət etməyə köməklik etməyə hazırıq və biz Qərbin israr etdiyi kimi tələsik sənədlərin imzalanmasının əleyhinəyik. Qərb istəyir ki, Ermənistan və Azərbaycan hansısa bir Qərb platformasında mümkün qədər tez sülh müqaviləsi bağlasın", deyə o bildirib.

Qaluzinin fikrincə, tələsik və tam yoxlanılmamış həllər uzunmüddətli sabit sülhə gətirib çıxara bilməz, əksinə, gələcək üçün qarşıdurma toxumları səpə bilər. RF XİN bu variantı nə Ermənistan və Azərbaycan üçün, nə Cənubi Qafqaz üçün, nə də Rusiya üçün son dərəcə "arzuolunmaz" hesab edir.

Diplomat həmçinin təəssüflə qeyd edib edib ki, Rusiya, Azərbaycan və Ermənistan hökumət başçılarının müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpa olunması üzrə işi dayandırılıb.

Избранный
12
turan.az

1Источники