RU

Premyer Liqa: “Kəpəz”lə “Araz-Naxçıvan”ın ilk heç-heçəsi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında “Araz-Naxçıvan” “Kəpəz”lə üz-üzə gəlib.

Mərdəkanda keçirilmiş oyunu Kamal Umudlu idarə edib. Ötən turda xal itirmiş “Araz-Naxçıvan” ikinci pillədəki mövqeyini qorumaq üçün bu turda autsayder üzərində qələbə qazanmağa borclu idi. Bundan öncə “Sabah”ı məğlub etmiş “Kəpəz” isə növbəti sürprizə imza atmaq arzusundaydı.

“Araz-Naxçıvan”la “Kəpəz” bunadək 10 oyunda üz-üzə gəlmişdilər. Bu görüşlərdə heç vaxt heç-heçə qeydə alınmamışdı. 4 oyunda naxçıvanlılar, 6 görüşdə isə gəncəlilər qalib gəlmişdilər. “Araz-Naxçıvan” son 4 oyunda qol vurmuşdu. “Kəpəz” son iki matçda quru hesabla uduzmuşdu.

Bu oyunda isə komandalar tarixdə ilk dəfə heç-heçəyə razılaşıblar. Tərəflər qol hesabını aça bilməsələr də, hərəyə 1 xal qazanıblar.

Bu nəticədən sonra “Araz-Naxçıvan” 44 xalla ikinci pillədə qərarlaşıb. “Kəpəz” isə 18 xalla 9-cudur.

Premyer Liqa
22-ci tur
10 fevral

“Araz-Naxçıvan” – “Kəpəz” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Mərdəkan. “Dalğa Arena”, 16:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.

Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 21. Camal Cəfərov, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 11. Trent Buhaqyar, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.

Избранный
57
arena.az

1Источники