Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin işçisinə hücum olub.
Moderator.az xəbər verir ki, kişi keçmiş həyat yoldaşının boğazını kəsib.
Məktəbdən bildirilib ki, xəsarət yetirilən şəxs texniki işçidir. Hadisə ilə bağlı bütün məlumatlar Bakı Şəhər üzrə Təhsil İdarəsinə verilib.
Hadisə ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, 270 nömrəli tam orta məktəbin xanım texniki işçisinə (müvafiq səbəbdən adı qeyd olunmur) fevralın 10-da məktəbin yaxınlığında keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib.
Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.