RU

Gəncə, Şirvan və Mingeçevir regional mühafizə idarələrinə yeni rəislər təyin edilib

Üç regional mühafizə idarəsinə yeni rəislər təyin edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Tovuz Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəisi təyin edilib.

Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.

Избранный
36
18
apa.az

10Источники