"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXII turunda "Kəpəz"lə heç-heçəyə razılaşıb. Manset.az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan oyunda hesab açılmayıb. Naxçıvan təmsilçisi 44 xalla ikinci, Gəncə klubu 18 xalla 9-cu pillədə qərarlaşıb. Günün ikinci matçında "Zirə" "Neftçi" ilə qarşılaşacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. Qeyd edək ki, ötən gün "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.