RU

“Gəncəyə xalsız qayıtmaq istəmirdik” – Azər Bağırov

“Kəpəz” Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “Araz-Naxçıvan”la 0:0 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Çətin oyun oldu. Gəncəyə xalsız qayıtmaq istəmirdik. Heyətdə itkilərimiz var idi. Buna baxmayaraq, rotasiyalarımızı etdik. Uşaqlar vuruşdular. Təkbətək epizoddan istifadə etsəydik, başqa cür olardı, rəqib daha da üstümüzə gələrdi. İkinci hissə çətin başladı. Səfərdə 1 xal yaxşı nəticədir.

– Paçu Liranı əvəzləməyiniz nə ilə bağlı idi?

– Hücumu daha da gücləndirmək istədim. Paçu hücumun axarına açılan oyunçu deyil. Sadiq Şəfiyevdə irəli açılmaq daha qabarıq görünür. Ona görə də daha çox hücumu gücləndirmək istədik.

Избранный
8
1
msport.az

5Источники