RU

Trampdan SENSASİON QƏRAR: Qəzzanı alıb,... - VİDEO

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını almaqda qərarlı olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Yenidənqurma baxımından biz Qəzzanı Yaxın Şərqdəki digər dövlətlərə də verə bilərdik ki, onun hissələrini bərpa etsinlər. Amma biz onu nəzarətə götürmək və HƏMAS-ın geri qayıtmamasını təmin etməkdə qərarlıyıq”, - ABŞ lideri qeyd edib.

Tramp bildirib ki, onun Qəzzanı yenidən qurmaq planı fələstinlilərin oraya qayıtma ehtimalını istisna edir:

“Onlar üçün yeni bir yer təşkil edəcəyəm”.


Bizim.Media

Избранный
7
bizim.media

1Источники