RU

Moskvadan İrəvan və Aİİ ilə bağlı açıqlama: “Hesab edirik ki…”

“Moskva hesab edir ki, İrəvan hələ Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.

Ermənistan hökuməti yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq Avropa İttifaqına üzvlük prosesinə başlanılması haqqında qanun layihəsini təsdiqləyib. Bundan sonra Rusiya tərəfindən Ermənistanın layihəni təsdiqləməsinin ölkənin Aİİ-dən çıxmasının başlanğıcı olacağı ilə bağlı bəyanatlar səsləndirilib. Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, İrəvanın Aİİ-dəki mövqeyi pis deyil. Lakin hakimiyyət xalqın Ermənistanın gələcəyi ilə bağlı seçim və variantlar formalaşdırmaq istəklərinə diqqət yetirməyə bilməz:

“Bu gün biz Aİİ-də özümüzü pis hiss etmirik. Amma digər tərəfdən, xalqımızın çox nəzərə çarpan hissəsinin Ermənistanın gələcəyi üçün seçimlər, variantlar formalaşdırmaq istəyini görməzdən gələ bilmərik. Çünki bu gün ölkəmizin gələcəyi haqqında danışmaq üçün çox vacib mərhələdəyik”.

Vəli Həsənoğlu,
KONKRET.az

Избранный
23
konkret.az

1Источники