RU

Azər Bağırov "Araz-Naxçıvan"dan xal aldıqları oyunu belə şərh etdi

Misli Premyer Liqasının 22-ci turunda “Araz-Naxçıvan” ilə qarşılaşan “Kəpəz”in baş məşqçisi Azər Bağırov oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, qolsuz heç-heçə bitən görüşlə bağlı belə danışıb:

“Çətin oyun oldu. Xalsız dönmək istəmirdik. Zədəli, cəzalı futbolçumuz vardı. Buna baxmayaraq, rotasiya edə bildik. Oyunda məğlub da ola bilərdik. Rəqibin ustalığı, keyfiyyəti göstərdi ki, futbol oynaya bilirlər. Futbolçularıma təşəkkür edirəm. Meydanda vuruşdular. Bəlkə də birinci hissənin sonunda təkbətək epizodu vura bilsəydik, nəticə tam başqa cür olardı. Rəqib üstümüzə daha çox gəlməyə başlayacaqdı. İkinci hissə bizim üçün çətin başladı. Amma yekunda bir xal qazandıq. Məncə, yaxşı nəticədir”.

Избранный
10
2
fanat.az

3Источники