RU

Millimizin yarımmüdafiəçisi Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.

Ötən yay "Bandırmaspor"a transfer olunan 30 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Çorum"la anlaşıb.

Onun yeni klubu ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, C.Diniyev "Bandırmaspor"un heyətində meydana çıxdığı 20 matçda 2 məhsuldar ötürmə edib. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.

Избранный
9
5
cbcsport.az

6Источники