RU

George Haci Rivaldonun oğlunu görün hansı kluba satdı

Braziliyanın əfsanəvi futbolçusu Rivaldonun oğlu, 29 yaşlı Rivaldinyo 2023-cü ilin yayından bəri çıxış etdiyi Rumıniya “Farul Konstanta”sından ayrılıb.

Publika.az xəbər verir ki, “Farul” Rivaldinyonu Çinin “Qingdao Red Lions” klubuna satdığını elan edib.

Bu klub Çinin elit divizionunda oynamır, ikinci ən güclü liqada yerini qorumaq üçün mübarizə aparır.

Qeyri-rəsmi məlumata görə, “Farul” Rivaldinyonun satışından 200 min avro qazanıb.

Избранный
7
publika.az

1Источники