RU

18 yaşlı türk müdafiəçi "Aston Villa"da - RƏSMİ

"Kasımpaşa"nın müdafiəçisi Yasin Özcan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Aston Villa" türk futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunda yeni klubuna qoşulacaq. "Aston Villa" gənc oyunçu üçün qarşı tərəfə 7 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Yasin Özcan "Kasımpaşa"nın yetirməsidir. Türkiyə millisinə də dəvət almış futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
7
sportal.az

1Источники