RU

Türkiyədə 3 milyondan çox işsiz vətəndaş var




Türkiyədə işsizlik nisbəti 2024-cü ilin dekabr ayında əvvəlki ayla müqayisədə 0,1 bənd azalaraq 8,5 faiz olub.


Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu dövrdə işsizlərin sayı 3 milyon 26 min nəfər olaraq müəyyən edilib.

Müvafiq olaraq, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2024-cü ilin dekabr ayında bir əvvəlki ayla müqayisədə 39 min nəfər azalaraq 3 milyon 26 min nəfərə çatıb. İşsizlik səviyyəsi 0,1 bənd azalaraq 8,5 faiz təşkil edib. İşsizliyin səviyyəsi kişilər üçün 6,9 faiz, qadınlar üçün isə 11,4 faiz təşkil edib.

2024-cü ilin dekabr ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 54 min nəfər azalaraq 32 milyon 718 min nəfərə, məşğulluq səviyyəsi isə 0,1 bənd azalaraq 49,5 faizə çatıb. Bu göstərici kişilərdə 66,9 faiz, qadınlarda isə 32,4 faiz təşkil edib.

Mehman Mehdiyev
Избранный
14
1
newscenter.az

2Источники