RU

HƏMAS: Qəzza üzrə sazişin ikinci mərhələsi ilə bağlı danışıqlar hələ başlamayıb

Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsi ilə bağlı danışıqlar hələ başlamayıb, gecikməyə görə məsuliyyət İsrail tərəfinin üzərinə düşür.

Belə iddia ilə HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk çıxış edib.

“Sazişin ikinci mərhələsi üzrə danışıqlar hələ başlamayıb, onların aparılma vaxtı İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri səbəbindən pozulub”, – “Sky News Arabia” telekanalı Əbu Mərzuka istinadən qeyd edib.

Eyni zamanda o, danışıqların tezliklə bərpa olunacağına və normal məcraya qayıdacağına ümidvar olduğunu deyib. Əbu Mərzukun sözlərinə görə, hərəkat İsraillə razılaşmanın ikinci mərhələsində ilk növbədə FƏTH hərəkatının liderlərindən biri olan Mərvan Barquti və Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin baş katibi Əhməd Saadatın azad edilməsinə nail olmaq istəyir.

Избранный
28
8
korrespondent.az

9Источники