Ali Radanın deputatı Maryana Bezuqlaya Telegram kanalında Ukraynanın ABŞ-ın “52-ci ştatı” olmasını təklif edib.
“Bəlkə 52-ci ştat olaq? Rusiya Federasiyası ilə tam qonşu. ABŞ prezidenti Donald Trampın Kanadanın 51-ci ştat kimi ABŞ-a hipotetik daxil olması ilə bağlı bəyanatlarını şərh edən parlamentar bildirib.
Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Ağ Ev rəhbərinin sözlərinə görə, o, Panama kanalını da ABŞ-ın nəzarətinə qaytarmaq niyyətindədir. Amerika liderinin açıqlamaları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.
Xüsusilə, Tramp qeyd edib ki, Kanada ABŞ-ın 51-ci ştatı kimi “daha yaxşı vəziyyətdə” olacaq.
Siyasətçi həmçinin iddia edib ki, ölkəsi Kanadaya görə hər il 200 milyard dollar itirir və bunun davam etməsinə imkan verməyəcək.
Bundan əlavə, Tramp Kanadanın ABŞ-a qoşulması məsələsini müzakirə edərkən vergi və müdafiəyə əhəmiyyətli qənaətin kanadalılar üçün üstünlük ola biləcəyi fikrini ifadə edib.
Bundan əvvəl ABŞ bir neçə ştatı Kanadaya birləşdirməyi təklif etmişdi.
Nigar