RU

Şəkidə bağçanın çayxana binasına köçürülməsi sakinlərin narazılığına səbəb olub VİDEO

Şəkinin 12 mindən çox insanın yaşadığı  Kiçik Dəhnə kənd uşaq bağçasının çayxana binasına köçürülməsi sakinlərin narazılığına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, qəzalı vəziyyətə düşən uşaq bağçası digər binaya köçürülüb, lakin orada da şərait yoxdur.

Kənddə keçən əsrin 40-cı illərində tikilən yeganə bağça binası qəzalı vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, bağçanın köçürüldüyü digər tikili isə çayxana olub.

Yeri beton, tavanı dəmir olan binanın divarları da çatlayıb.

Sakinlər deyir ki, binada bağçaya uygun şərait olmadığından buranı qızdırmaq da olmur.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən isə bildirildi ki, sözügedən Şəki rayon Kiçik Dəhnə kənd uşaq bağçası binasının maddi-texniki bazası mövcud standartlara cavab vermədiyi üçün 2014-cü ildən etibarən hüquqi şəxsə məxsus olan boş binaya köçürülüb. Hal-hazırda təhsil müəssisəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə həmin hüquqi şəxs arasında bağlanmış müqavilə əsasında burada fəaliyyətini davam etdirir. Məktəbəqədər təhsil müəssisəsinin binasının sökülərək yenidən tikilməsi üçün aidiyyəti üzrə müraciət edilib.

Qeyd edilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
25
xezerxeber.az

1Источники