RU

Bu, bölgədə gərginlik yaradacaq...– ÖZƏL

"Ermənistanın sürətlə silahlanması Güney Qafqazda sabitliyə ciddi təsir göstərəcək. Bu sürətli silahlanma yeni gərginliklərə gətirib çıxaracaq ki, biz onu görməkdəyik. Xüsusilə son dövrlər şərti sərhədlərdə Avropa İttifaqının casus şəbəkəsinin fəallaşması müəyyən təxribatlar, şərti sərhədlərə yaxın ərazilərdə hərbi hissələr, mövqelər və hava hücumundan müdafiə sistemləri üçün yerlərin tikintisi-hamısı Ermənistanın müəyyən hazırlıqlarının nəticələridir". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycanla sülh müqaviləsi imzalanmadan bu cür sürətli silahlanma yalnız bir məqsədə xidmət edir: Ermənistanın müdafiə qabiliyyətini artırmaq və gələcək revanşlara hazır olmaq. Qeyd etdiyimiz kimi bu da bölgədə qeyri-sabitliyin və gərginliyin yaranmasına gətirib çıxaracaq addımlardır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
olaylar.az

1Источники