RU

Müvəqqəti işlər vəkili: Ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizdən çox artıb

Ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizdən çox artıb.

“Report” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu ölkənin Milli Günü münasibətilə Bakıda təşkil edilən qəbulda deyib.

Onun sözlərinə görə, bununla da iki ölkənin ticarət dövriyyəsində rekord qeydə alınıb:

“Şahin Mustafayevin İrana səfər etməsi, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyanın 16-cı iclasının keçirilməsi cari ilin hər iki ölkə üçün daha yaxşı bir il olacağından xəbər verir”.

Diplomat bildirib ki, iki ölkə arasında nəqliyyat, energetika və sənaye sahələrində müxtəlif istiqamətlər üzrə bir sıra birgə layihələrin icrası sürətlə davam etdirilir:

"Şimal-Cənub Nəqliyyat Dəhlizi, Araz dəhlizi, yeni Astara sərhəd-keçid məntəqəsi və terminalı, Ağbənd-Kəlalə körpüsünün tikintisi kimi infrastruktur layihələri Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın böyük potensialından xəbər verir".

Избранный
13
2
report.az

3Источники