RU

Ürək sağlamlığında məşhur olan MİFLƏR: İdman ürəyi gücləndirir…

İnsan bədəninin əsas orqanlarından hesab olunan ürəkdə yaranan problemlərin həlli ilə bağlı zaman-zaman tibbdə miflərlə (gerçək olmayan) rastlaşırıq. Bu miflər sayəsində ürək sağlamlığına faydalı olduğunu düşündüyümüz bir sıra yalnış metodlardan istifadə edirik. 

Bizim.Media xəbər verir ki, uzman ürək-damar cərrahı Dmitri Nekrasov ürək problemlərinin səbəbləri haqqında yayılmış miflərin bəziləri barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ürək üçün ən zərərli TƏRƏVƏZ


Ürəklə bağlı ən geniş yayılmış mif ürək-damar xəstəliklərinin yalnız yaşlı insanlara təsir etməsidir. Cərrah izah edib ki, əslində ürək-damar sistemində problemlər hətta gənclərdə stress, siqaret və spirtli içkilər səbəbindən başlaya bilər.

Əsas orqanlardan olan ürəyimizlə bağlı yayılan miflər aşağıdakılardır:

Artıq çəki ürəyə təsir etmir

Bədən kütləsi indeksindən yuxarı olan hər bir kiloqram ürəyinizdəki yükü artırır və infarkt riskinizi artırır. Belə ki, artıq çəki qadınlarda ürək-damar xəstəliklərindən ölüm riskini 8%, kişilərdə isə 10% artırır.

Alkoqollu içkilər ürək xəstəliklərindən qoruyur 

Spirtli içkilər ürəyin vəziyyətini pisləşdirir, çünki hər hansı spirtli içkinin bir dozasında ürək və qan damarlarına mənfi təsir göstərən toksinlər var. Həkim qeyd edir ki, ürək üçün ən faydalı içki qazsız su, çay və normadan artıq olmamaq şərtilə qəhvədir.

Bütün yağlar ürək üçün zərərlidir 

Həqiqətən, heyvan mənşəli doymuş yağlar qan damarlarında aterosklerotik lövhələrin çökməsinə kömək edir. Bununla belə, orta miqdarda bitki mənşəli yağlar və balıq yağları “pis” xolesterinin səviyyəsini azaldır və ürək xəstəliklərindən qoruyur.

İdman ürəyi gücləndirir 

Fiziki aktivliyi olan idman hərəkətləri ürəyin fəaliyyətini zəiflədir. Bunun əksinə, gəzinti, üzgüçülük, velosiped sürmək və açıq havada olmaq kimi orta fiziki fəaliyyət ürəyiniz üçün intensiv məşqlərdən daha yaxşıdır.

Siqareti tərgitmək sizi infarktdan xilas etməyəcək 

Mütəxəssis iddia edir ki, siqaret ürək-damar xəstəlikləri riskini 70 dəfə artırır. Amma o, həm də əmindir ki, siqareti fiziki fəaliyyətlə, düzgün qidalanma ilə və lazım gələrsə, dərman dəstəyi ilə birləşdirsəniz, bu asılılıqdan sağalmaq mümkündür.

Bizim.Media

Избранный
6
bizim.media

1Источники