2029-cu ilə qədər HİV-ə yoluxma halları altı dəfə arta bilər.
Publika.az "ABC News"a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə Birləşmiş Proqramının (UNAIDS) baş direktoru Vinni Byanyima bildirib.
Onun sözlərinə görə, ABŞ bu virusla bağlı maliyyə dəstəyini dayandırarsa, 2029-cu ilə qədər ona yoluxma halları kəskin şəkildə artacaq.
"Amerika hökuməti fikrini dəyişməsə və liderliyini qorumasa, bu, milyonlarla insanın həyatının təhlükə altında olması ilə nəticələnəcək”, - Byanyima qeyd edib.
O qeyd edib ki, 2029-cu ilə qədər bu xəstəliyə yeni yoluxanların sayı 8,7 milyon nəfərə çata bilər.
Byanyima ABŞ prezidenti Donald Tramp və onun administrasiyasından AİDS-dən ən çox zərər çəkən Afrika ölkələrində "çaxnaşma və çaşqınlığa" səbəb olmamaq üçün maliyyələşdirməni birdən dayandırmamağı xahiş edib.