Fevralın 28-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri vergi ödəyicilərinin siyahıya alınmış daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərrac keçirəcək.
News24.az qaynarinfo.az-a istinadən xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.
Hərraca 9 nəqliyyat vasitəsi, 4 avadanlıq, 2 torpaq sahəsi, 1 qeyri-yaşayış binası və 1 qeyri-yaşayış sahəsi olmaqla 17 əmlak çıxarılacaq. Əmlaklara 6 min manatdan 1 milyon manata qədər qiymət qoyulub.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri fevralın 21- nə qədər Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.