RU

Petro bütün nazirlərin istefasını tələb etdi

Petro bütün nazirlərin istefasını tələb etdi

Kolumbiya prezidenti Qustavo Petro Nazirlər Kabinetinin canlı yayımı zamanı müzakirələrdən sonra bütün nazirlərin istefasını tələb edib.Petro X sosial media platformasında verdiyi açıqlamada təkcə kabinetdəki nazirlərin deyil, yüksək vəzifəli bürokratların da istefasını tələb edib.Prezident Petro "Mən rəsmi olaraq nazirlərin və inzibati idarə rəhbərlərinin istefasını tələb etmişəm. Xalqın əmr etdiyi proqrama daha yaxşı əməl etmək üçün kabinetdə bəzi dəyişikliklər olacaq. Mən bütün diqqətimi proqramın icrasına yönəldəcəyəm" deyib.Petronun çağırışından əvvəl mədəniyyət naziri Xuan David Korrea və ətraf mühit naziri Susana Muhamad tutduqları vəzifələrdən istefa verdiklərini açıqlayıblar.

Избранный
27
afn.az

1Источники