RU

Azərbaycan millisi beynəlxalq turnirə 27 idmançıyla yollanacaq

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Turkish Open” beynəlxalq turnirində iştirak edəcəklər.

Futbolpress.az xəbər verir ki, yarışda Azərbaycanı ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, taekvondo üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov, məşqçilər Fəridə Əzizova və Ayxan Tağızadənin rəhbərliyi altında 27 idmançı təmsil edəcək.

Qeyd edək ki, gənclər yaş qrupu üzrə yarışlar fevralın 13-14-də baş tutacaq.

Избранный
36
5
futbolpress.az

8Источники