MHL-in cari mövsümü ilə bağlı ən böyük intriqa, heç şübhəsiz, Aleksandr Oveçkinin Ueyn Qretskiyə məxsus rekordu nə vaxt qıracağı ilə bağlıdı.
“Vaşinqton”un çərşənbə günü “Florida”ya 6:3 hesabıyla qalib gəldiyi oyunda son qolu final fitinə 0,1 saniyə qalmış Aleksandr Oveçkin vurdu. Şaybanı boş qapıya göndərən rusiyalı ulduz müntəzəm çempionatda qol sayını 878-ə çatdırdı. O, dünən “Filadelfiya” ilə oyunda da fərqlənməklə Qretskidən geriliyi 15 qola endirdi. 39 yaşlı rusiyalı cari mövsümdə keçirdiyi 38 oyunda 40 (26+14) xal toplayıb. MHL hər qoldan sonra Qretskinin rekordunun (894) nə vaxt yenilənəcəyi ilə bağlı proqnoz açıqlayır.
Qurumun saytında yer alan ən sox xəbərə görə, bu möhtəşəm hadisə aprelin 10-da gerçəkləşəcək. Oveçkin hər oyuna orta hesabla 0,68 qol vurduğuna görə MHL belə hesab edir ki, Qretskinin rekordu “Vaşinqton”un aprelin 10-da “Karolina” ilə qarşılaşmasında qırılacaq.
Yeri gəlmişkən, “Florida” ilə oyunda 807-ci qələbəsini qazanan Oveçkin bu göstəricidə hücumçular arasında 5-ci pilləyə yüksəldi. Qordi Hounu (806) arxada qoyan rusiyalı indi yalnız Patrik Marlo (935), Co Tornton (914), Yaromir Yaqr (874) və Mark Messyedən (864) geri qalır. Həmçinin karyerasında 19-cu dəfə mövsüm ərzində 25 qol həddinə çatan Oveçkin bu göstəricidə MHL rekorduna bir addım da yaxınlaşdı.
Xatırladaq ki, Qordi Hou 20 mövsümdə ən azı 25 qol vurub.
“Edmonton”un forvardı Leon Drayzaytl komandasının “Çikaqo”ya qalib gəldiyi oyunda 2 (1+1) xal topladı. 29 yaşlı almaniyalı cari mövsümdə xal hesabını 81-ə (38+43) çatdırdı. Ardıcıl 7-ci mövsümdə 80 və daha artıq xal toplayan Drayzaytl bu göstəricidə Aleksandr Oveçkinlə Yaromir Yaqrı (hərəyə 6 mövsüm) arxada qoydu.
Leonun cari mövsümdə həm bombardirlərin, həm də snayperlərin yarışının lideri olduğunu da xatırladaq.
4 fevral
Neşvill – Ottava 2:5 (0:0, 1:2, 1:3)
5 fevral
Boston – Minnesota 3:0 (0:0, 2:0, 1:0)
Baffalo – Kolambus 3:2 (1:0, 2:1, 0:1)
Pittsburq – Nyu-Cersi 2:3 Б (0:1, 1:1, 1:0, 0:0, 0:1)
Tampa-Bey – Ottava 4:3 (0:1, 2:1, 2:1)
Vaşinqton – Florida 6:3 (1:1, 1:1, 4:1)
Aylenders – Veqas 2:1 (1:0, 0:0, 1:1)
Sent-Luis – Edmonton 2:3 ОТ (0:0, 0:1, 2:1, 0:1)
Vinnipeq – Karolina 3:0 (1:0, 1:0, 1:0)
Kalqari – Toronto 3:6 (1:0, 1:4, 1:2)
Yuta – Filadelfiya 3:2 ОТ (0:1, 1:1, 1:0, 1:0
Sietl – Detroyt 4:5 Б (1:2, 1:1, 2:1, 0:0, 0:1)
Vankuver – Kolorado 3:0 (0:0, 1:0, 2:0)
Anahaym – Dallas 2:1 (1:0, 0:0, 1:1)
San-Xose – Monreal 3:4 (1:0, 1:2, 1:2)
6 fevral
Reyncers – Boston 3:2 (0:0, 1:2, 2:0)
Çikaqo – Edmonton 3:4 ОТ (0:0, 1:1, 2:2, 0:1)
Los-Anceles – Monreal 6:3 (1:0, 1:1, 4:2)
7 fevral
Kolambus – Yuta 2:3 ОТ (1:0, 1:2, 0:0, 0:1)
Nyu-Cersi – Veqas 1:3 (0:0, 0:2, 1:1)
Filadelfiya – Vaşinqton 3:4 (1:1, 2:1, 0:2)
Tampa-Bey – Ottava 5:1 (1:0, 1:1, 3:0)
Minnesota – Karolina 2:1 (1:0, 0:0, 1:1)
Sent-Luis – Florida 2:3 (1:2, 1:0, 0:1)
Kalqari – Kolorado 2:4 (1:0, 0:3, 1:1)
Sietl – Toronto 1:3 (0:2, 0:1, 1:0)
San-Xose – Vankuver 1:2 ОТ (0:0, 0:0, 1:1, 0:1)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта