RU

Nesta qovulduqdan 49 gün sonra "Montsa"ya qayıtdı

"Montsa" klubu Alessandro Nestanın məşqçi vəzifəsinə qayıtdığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis qovulduqdan 49 gün sonra yenidən komanda ilə işə başlayıb.

"Montsa" bu mövsümə Nesta ilə başlayıb, lakin dekabrda zəif nəticələrə görə məşqçi ilə vidalaşmaq qərarına gəliblər. Bundan sonra Salvatore Bokçetti komanda ilə çalışsa da, onun rəhbərliyi altında A Seriyasında keçirilən yeddi matçda "Montsa" altı məğlubiyyət və bir qələbə qazanıb. "Montsa" İtaliya çempionatının turnir cədvəlində sonuncu, 20-ci yerdədir. Komanda A Seriyasında növbəti oyununu fevralın 16-da öz meydanında "Leççe" ilə keçirəcək.

Избранный
31
90deqiqe.az

1Источники