RU

Taekvondo millimiz Türkiyədə beynəlxalq turnirdə iştirak EDƏCƏK

Azərbaycanın gənclərdən ibarət taekvondo millisi Türkiyənin Antalya şəhərində “Turkish Open” beynəlxalq turnirində iştirak edəcəklər.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) "Unikal"a verilən məlumata görə, yarışda ölkəmizi baş məşqçi Rəşad Məmmədov, məşqçilər Fəridə Əzizova və Ayxan Tağızadənin rəhbərliyi altında 27 idmançı təmsil edəcək.

Gənclərin yarışlar fevralın 13-14-də baş tutacaq.

Qeyd edək ki, yığma ilə birgə turnirə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də yollanacaq.

Избранный
16
6
unikal.az

8Источники