RU

“Araz yolu” Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni daha da asanlaşdıracaq - Müvəqqəti işlər vəkili

Bakı. Trend:

“Araz yolu” Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındaəlaqəni daha da asanlaşdıracaq.

Trend-inməlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqətiişlər vəkili Seyid Cəfər Ağayi Mərian bu gün Bakıda İran İslamİnqilabının qələbəsinin 46-cı illiyi ilə əlaqədar təşkil olunantədbirdə deyib.

Onun sözlərinə görə, nəqliyyat, energetika və sənaye sahələrindəmüxtəlif istiqamətlər üzrə bir sıra birgə layihələrin icrası isəhazırda daha sürətlə davam etdirilir.

Ağayi Mərian deyib ki, iki ölkə arasında açılışı edilən vəhazırda həyata keçirilən birgə layihələr, o cümlədən, Şimal-Cənubdəhlizi, Araz dəhlizi, yeni Astara sərhəd-keçid məntəqəsi vəterminalı, Ağbənd-Kəlalə körpüsünün tikintisi və s. kimiinfrastruktur və nəqliyyat sektorlarında həyata keçirilən layihələrİran Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadisahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğundan xəbərverir.

İranlı rəsmi bildirib ki, əldə edilən razılaşmaya əsasən, İranərazisindən keçən “Araz yolu” adlanan yeni və etibarlı marşrutyaxın gələcəkdə Azərbaycan Respublikasının iki hissəsi arasında(Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında) əlaqəni daha daasanlaşdıracaq.

Избранный
13
2
az.trend.az

3Источники