RU

Güclü külək Bakıda binanın damını uçurub VİDEO

Güclü külək Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı binanın damını uçurub. 

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, son vaxtlarda gecələr damda yellənən borunun səsi, gündüzlər isə uçub tökülən daşlar onların narahatlığına səbəb olurdu.

Son günlərdəki küləklər isə vəziyyəti daha da qəlizləşdirib.

Sakinlər bildirirlər ki, binadakı vəziyyət uşaqlar üçün daha təhlükəlidir.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ünvandakı vəziyyətlə bağlı məlumatlıdırlar. Aidiyyəti struktur bölməyə tapşırıq verilib, qısa vaxtda müvafiq tədbir görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
37
xezerxeber.az

1Источники