RU

“Bir saat ərzində ...”

Almaniyada seçkilər fevralın 23-də keçiriləcək seçkilərlə əlaqədar Almaniya kansleri Olaf Şolz mühafizəkar rəqibi Fridrix Merzlə debat çıxıb. Televiziya ilə canlı yayımlanan debatda baş nazir ABŞ-ın Avropa İttifaqına tariflər tətbiq edəcəyi təqdirdə Avropanın “bir saat ərzində” cavab verməyə hazır olduğunu bildirib.

Rəy sorğularında Merzdən çox geridə olan Şolz, ABŞ-ın tariflər tətbiq edəcəyi təqdirdə blokun cavab verəcək “sərt tədbirlər siyahısı” ilə bağlı suala, “Bəli, bunu ən ehtiyatlı diplomatik şəkildə ifadə etmək lazımdır. Biz Avropa Birliyi olaraq bir saat ərzində tədbir görə bilərik”, –cavabını verib.

ABŞ prezidenti Donald Tramp dəfələrlə ABŞ-ın ən böyük ticarət tərəfdaşlarına tariflər tətbiq etməklə hədələyib və onları Amerikanın rifahından istifadə etməkdə ittiham edib.

Избранный
3
vaxt.az

1Источники