RU

Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi: siyahıda onlar var

  Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub.

Əslində, Rusiyanın Azərbaycanda belə bir şəbəkə qurduğu və onun vasitəsilə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bu günün söhbəti deyil. Zaman-zaman bəzi şəxslər Rusiyaya işləməkdə də ittiham olunublar, ən azından buna eyham vurulub.

Referans.az xəbər verir ki, “Qafqazinfo” onlara daxil olan məlumatın həqiqətən də belə bir şəbəkənin mövcud olduğuna heç bir şübhə yeri qoymadığını bildirib:

"Əvvəla, qeyd edək ki, “Rus Evi” Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yerləşib. Bu yerin “Rus Evi” üçün təşkil olunması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub. Onun keçmiş gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir.

Məsələnin maraqlı tərəfi də budur ki, “Rus Evi” həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri ilə birlikdə “Rus Evi”ə yeni ofis axtarışına çıxıb. Bir sözlə, E.Həsənov bu problemin həlli üçün bütün imkanlarını səfərbər edib və ciddi cəhdlə çalışır.

Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub.

Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.

Bu şəxslərin indi vəzifədə olmaması o demək deyil ki, əlaqələr yoxa çıxıb. Hazırda da Rusiyanın kəşfiyyat nümayəndəsinin yanına gedənlər, ondan tapşırıqlar alaraq cəmiyyətimizə yanlış mesajlar ötürənlər, aranı qatmağa çalışanlar var. Amma bunlar yavaş-yavaş ifşa olunurlar və zamanla yeni faktların üzə çıxacağı istisna olunmamalıdır".  

Избранный
37
49
referans.az

10Источники