RU

Əsgərlər təlim vaxtı dondular

Bir neçə Estoniya əsgəri ləvazimat çatışmazlığı səbəbindən təlim zamanı donub. 

News24.az bildirir ki, bu barədə Estoniyanın Postimees portalı yazıb. Təlimlərin ikinci mərhələsində əsgərlərə qarşı sahildə mövqe tutmaq üçün çayı keçmək tapşırılıb. Çayı keçmək bir neçə nəfərin donması ilə nəticələnib.

Qeyd edək ki, şəxsi heyətin suya davamlı əvəzedici geyimi və avadanlıqları olmayıb.

Müdafiə naziri Hanno Pevkurun mətbuat konfransında dediyi kimi, əsas çətinliklər Estoniyanın dəniz qüvvələrinin sürətlə hərəkət edə biləcəyi ərazi suları ilə deyil, iqtisadi sularla bağlıdır. Mümkün təhlükələrə cavab vermək üçün hazırlığı artırmaq üçün hökumət parlamentə müvafiq təşəbbüs təqdim edib. 

Zəhraxanım Şeydayeva

Избранный
5
news24.az

1Источники