Sea Breeze

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi “”Gənc Müəllimlər üçün Layihələrin Yazılması və İdarəçiliyi Məktəbi” layihəsi çərçivəsində Türkiyənin Bursa şəhərinə səyahət edilib və layihələrin yazılması və idarə edilməsi ilə bağlı təlimlər keçirilib.

Layihə çərçivəsində 191 nömrəli tam orta məktəbdən üç müəllim seçilmişdir. Həmin müəllimlər Bursa şəhərində Bursa Azərbaycan İnovasiya və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə layihələrin yazılması və idarə edilməsi təlimlərinə cəlb ediliblər. Həmçinin, “Bursa Otomativ Lisesi” və “Bursa Koç Ortaokulları” məktəblərinə ziyarət edərək təcrübə mübadiləsində iştirak edərək həmin təhsil müəssisələrin həyata keçirdiyi layihələr, əməkdaşlıq etdikləri yerli və beynəlxalq donorlar ilə tanış olublar.

Təlim proqramından sonra müəllimlər, qazandıqları bilikləri yerli müəllimlərlə paylaşmaq məqsədilə təlimlər təşkil edəcəklər. Belə ki, məktəbdəki həmkarları üçün hər həftə 1 dəfə olmaqla 4 təlim keçirəcək, qonşu məktəblərin müəllimləri üçün isə onlayn təlimlər təşkil ediləcəkdir.

Xatırladırıq ki, “Gənc Müəllimlər üçün Layihələrin Yazılması və İdarəçiliyi Məktəbi” adlı layihə, 191 nömrəli tam orta məktəbdə Bəsti Əsədova tərəfindən həyata keçirilir. Layihənin məqsədi gənc müəllimləri layihə yazma və idarəetmə sahəsində bilik və bacarıqlarla təmin etmək, onların yerli və beynəlxalq qrant layihələrinə müraciətlərini təşviq etməkdir. Bu təşəbbüs müəllimlərin peşəkar inkişafına dəstək olmaqla, təhsil sahəsində innovativ təşəbbüslərin sayının artmasına və məktəblərdə keyfiyyətli təhsil mühitinin formalaşmasına töhfə verəcəkdir.

ETX
ETX
ETX