RU

“Bəxtləri gətirib ki, qarşılarına atam kimi insan çıxıb”

Aparıcı İlkin Həsəni atasının başına gələn maraqlı hadisədən danışıb.

OLAY yazır ki, bu barədə İlkin instaqramda video paylaşıb. Onun sözlərinə görə, atası  nəvəsini məktəbdən götürməyə gedəndə tanımadığı iki yeniyetmə maşınına əyləşib. Onun proqramdan sifariş etdikləri taksi olduğunu düşünən qızları İlkinin atası evlərinə qədər aparıb:

“Qızlar atama ödəniş belə təklif ediblər. Atam isə qəbul etməyib. Bu gülməli olsa da, valideynlər və o yaşda olan qızlar çox diqqətli olmalıdırlar. Çünki bəxtləri gətirib ki, qarşılarına atam kimi bir insan çıxıb. Nə onları yarıyolda qoyub, nə də hansısa xoşagəlməz bir hadisə baş verməyib. Ola bilər ki, bu video həmin qızların qarşısına çıxsın. Bilin ki, həmin o kişi mənim atamdır”.

Избранный
8
2
olay.az

3Источники