RU

Mourinyu "Qalatasaray"ın "bostanına daş atdı"

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyu Super Liqanın son turunun "Qalatasaray" - "Adana Dəmirspor" matçında yaşanan qalmaqala münasibət bildirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edərək "Qalatasaray"ın ünvanına "daş atıb":

“Bu səbəbdəndir ki, “Qalatasaray” son 10 matçda 9 penalti vurub! Məhz buna görə də “Qalatasaray” “Yanq Boyz”, “Malmö” və sair kimi rəqiblərə uduzur, lakin beş ildir ki, Türkiyədə demək olar ki, hər matçda qalib gəlib”.

Xatırladaq ki, “Qalatasaray” – “Adana Dəmirspor” matçı birinci hissənin ortalarında Adana təmsilçisinin futbolçularının hakimliyə etiraz olaraq meydanı tərk etməsindən sonra yarımçıq qalıb.

Mirağa

Избранный
8
fanat.az

1Источники