Türkiyənin "Fənərbağça" klubunun heyətində ciddi itkilər baş verib.
Bizim.Media xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Çağlar Söyüncü və yarımmüdafiəçi İsmail Yüksek sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu Super Liqanın 23-cü turunun "Alanyaspor"la səfər matçında (2:0) zədələnib. Onların 2 həftə yaşıl meydanlarda uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbağça"nın müdafiəıçiləri Dieqo Karlos, Aleksandru Ciku, Rodriqo Bekan, Ceyden Ostervolde və Yusuf Akçiçek də zədəlidir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта