Tramp administrasiyasının nümayəndə heyəti Ukraynaya səfər edəcək.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında məlumat yayıb.
Onun sözlərinə görə, nümayəndə heyətinin səfəri 14 fevralda keçiriləcək Münxen Təhlükəsizlik Konfransından öncə baş tutacaq.
“Sözsüz ki, fikirlər fərqli ola bilər, lakin əsas məsələlərə ümumi baxış birdir: Ukraynaya təhlükəsizlik zəmanətinin necə verilməsi”, – deyə prezident qeyd edib.
Zelenski Trampla birbaşa danışıqların təşkil edilməsi istiqamətində işlərin aparıldığını da deyib./globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта