RU

Rəşad Sadıqov: "Məğlub olsaq da, başımızı dik tutmalıyıq"

Məğlub olsaq da, başımızı dik tutmalıyıq.

"Far.Az" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə qarşı Misli Premyer Liqasının XXII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis məğub olduqları görüş barədə danışıb:

"Gərgin mübarizə şəraitində keçən matç izlədik. Oyun daha çox mərkəzdə gedirdi. Üstünlük bir tərəflər arasında tez-tez dəyişirdi Son 15 dəqiqədə qol vurmağa yaxın olduq. Son dəqiqələrdə hücum etsən, qolla nəticələnməz, amma qapımızda iki epizod qolla nəticələndi. Rəqibi təbrik edirəm. Məğlub olmaq limitimiz var idisə, bu turda baş verdi. Başımızı dik tutmalıyıq. Ağır və acı məğlubiyyətdir. 0:1 hesabı ilə uduzsaydıq, bəlkə belə ağır olmazdı. Təəssüf ki, uduzduq. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm".

Qeyd edək ki, XVIII turda "Zirə" doğma meydanda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.

Избранный
24
4
far.az

5Источники