RU

“Martın 22-ni demişdim, ancaq hansı ili deməmişdim” – Samir Abasov

“Neftçi” Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Bu gün start heyətində 7 yerli futbolçu var idi. Ruhun qayıtmasında bu amilin rolu var?

– Rolu var, amma böyük rolu olduğunu deməzdim. Böyük rol odur ki, istər legioner, istər yerliyə o ruhu verəsən. Onlar da meydana  qoysunlar. İşlədiyim klublarda legionerlər deyərdim ki, yerlilərdən geri qalmır. Əsas ab-havanı düzəltməkdir.

– “Kəpəz”lə matçı saysaq, son 3 oyunda 3 qələbə…

– Martın 22-ni demişdim, ancaq hansı ili deməmişdim. Gözləyək(gülür).

– Dramatik sonluğu sizin dilinizdən eşidək…

– Təbii ki, bütün komandalar qələbə üçün oynayır. Komanda istəyi göstərisə… Bu, bizim üçün həmin oyunlardan idi. Udmaq üçün hər şeyi edirik. Qol buraxandan sonra ümid qırılmadı, sadəcə pərişan olduq. Mən özüm enerjimi qələbə üçün sərf etmişdim. Köməkçilərimə dedim ki, qismət budur. Bu qələbə mənim üçün xoşdur.

– Sambu və yeni gələcək transfer haqda firkiniz necdir? 

– Qışda oyunçu gətirmək çətindir. Elə oyunçular var idi ki, onlarla danışıq aparırdıq. Dekabrdan onların kublarına çökmüşdük. Əfsuslar olsun ki, onlar alınmadı. Hücum planında eyni tempdə oynaya bilməməyimiz bizi narahat edirdi. Düşündük ki, bu gücdən istifadə edək. Hər kəs bazaya gedir. Prosedurlarımız var. Məşqimizi keçdik. Bu ərəfə bizim üçün çox qısadır. Kubok bizim üçün çox önəmlidir. Psixoloji vəziyyətimizi yaxşılaşdırdıq. Üç qalibiyyəti bizim üçün böyük iş görmüş kimi görürlər. Öz qrafikimizlə gedəcəyik.

– “Qarabağ”la matçda həmin “Neftçi”ni görə biləcəyik? Fərqli Azərbaycan derbisi ola bilər?

– Bu oyundan sonra ümidlər elədir. Real danışım, “Qarabağ” bizdən güclüdür. Amma öz meydanımızda oynayacğıq. Hər şeyi edəcəyik. Yaxşı nəticə istəyirik. Bu qalibiyyətdən danışaq. Dərhal “Qarabağ”la matça köklənməyək. Məşqlərə başlandan sonra bu haqda düşünəcəyik.(sportal.az)

Избранный
52
7
msport.az

10Источники