Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Zirə” evdə “Neftçi”ni sınağa çəkib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin yeganə qoluna 90+2 dəqiqədə Ruan Renato imza atıb. Bakı təmsilçisinin heyətində isə 88-ci dəqiqədə Emin Mahmudov, 90+3-cü dəqiqədə Ervin Koffi fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran “Neftçi” altıncı pilləyə yüksəlib, “Zirə” isə 39 xalla üçüncü sırada qalıb.
Qarşılaşmanın icmalını təqdim edirik: