“Qalatasaray” klubu polşalı yarımmüdafiəçi Pşemıslav Frankovskini heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu oyunçuya qarşılıq Fransanın “Lans” təmsilçisinə 7 milyon avro ödəyib. 29 yaşlı oyunçu ilə yaxın günlərdə rəsmi müqavilə bağlanacaq.
Polşa millisinin üzvü bu mövsüm Fransa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.