RU

Bu cür qidalanmaqla şəkərli diabetdən QORUNA BİLƏRSİNİZ

Səhər saat  8-dən əvvəl səhər yeməyi yemək diabetin inkişafını demək olar ki, 60% azaldır. 

Bizim.Media xəbər verir ki, bu barədə endokrinoloq, tibb elmlərki namizədi, Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova özünün “Telegram” kanalında yazıb.

O qeyd edir ki, on bir illik araşdırmalar göstərib ki, erkən saatlarda qida qəbulu depressiyanın qarşısını alır.

Eyni zamanda səhər saat 9-dan sonra səhər yeməyi yeyən insanlar gün ərzində pis əhval-ruhiyyədən 28% daha çox əziyyət çəkirlər.
 

Pavlovanın fikrincə, səhər yeməyini mütəmadi olaraq ötüşdürmək də piylənmə, metabolik sindrom, demans və digər xəstəliklərə səbəb ola bilər. Bunun səbəbi ac orqanizmdə qlükoza, insulin və lipid səviyyələrinin idarə edilməsinin daha çətin olmasıdır.


Qeyd edək ki, Çin alimləri səhər yeməyi ilə bağlı problemlərin bir çox xəstəliklərin səbəbi deyil, simptom ola biləcəyinə inanırlar. Əgər gün ərzində az hərəkət edirsinizsə, nizamsız yeyirsinizsə, gec və az yatırsınızsa, oyandığınız zaman çox güman ki, heç nə yemək istəməyəcəksiniz.

Bizim.Media

Избранный
8
bizim.media

1Источники