Bu gün Misli Premyer Liqasının 22-ci turunun növbəti oyunu keçirildi.
Offsideplus.az xəbər verir ki, "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşdı. Qonaq komandanın baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransında bunları dedi:
"Deməzdim ki, start heyətdə 7 yerli oyunçunun olmasının bu qələbədə böyük rolu var. İstər legioner, istər yerliyə bu ruhu vermək lazımdır. Onlar da bunu meydanda qoymalıdırlar. İşlədiyim klublarda legionerlər deyərdim ki, yerlilərdən geri qalmır. Əsas ab-havanı düzəltməkdir".