RU

Rəcəbovdan heç-heçə, Məmmədyarov qələbə qazandı

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, kişilərin və qadınların mübarizəsində ilk partiyalar yekunlaşıb.

Çempionatın favoritləri Rauf Məmmədovla Teymur Rəcəbovun görüşündə heç-heçə qeydə alınıb. Qələbə qazanan Şəhriyar Məmmədyarov isə ikinci oyun öncəsi böyük üstünlük qazanıb.

Avropa çempionu Ülviyyə Fətəliyeva ilk partiyada Gövhər Beydullayeva ilə sülhə nail olub. Digər görüşdə isə Günay Məmmədzadə Gülnar Məmmədovaya uduzub.

Azərbaycan çempionatı

Yarımfinal mərhələsi

Kişilər

Şəhriyar Məmmədyarov - Misrətdin İskəndərov - 1:0

Rauf Məmmədov - Teymur Rəcəbov - 0,5:0,5

Qadınlar

Günay Məmmədzadə - Gülnar Məmmədova - 0:1

Ülviyyə Fətəliyeva - Gövhər Beydullayeva - 0,5:0,5

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olub

Namiq Quliyev: "Teymura qarşı oyuna final matçı kimi baxırdım"

Məmmədyarova: "Rəqibim çox güclüdür, mən isə..."

Azərbaycan çempionatında ilk 1/4 finalçılar bəlli olub

“Fair Play” mükafatının sahibi bəlli olub

Избранный
15
apasport.az

1Источники