RU

Azərbaycan və Özbəkistan tələbələrinin elmi layihələri qardaş ölkəyə həsr olunacaq

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Akif Marifli ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva arasında görüş keçirilib.

Qonaqları salamlayan universitetin rektoru iki təşkilat arasında çoxillik səmərəli əməkdaşlıqdan, iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələrdən danışıb. Tələbələrin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına marağından danışan rektor Şərqşünaslıq Universitetində Azərbaycan dili tədrisinin uğurla davam etdirildiyini vurğulayıb, bu layihənin həyata keçirilməsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

AMM-nin direktoru Akif Marifli səmimi qəbula görə təşəkkür edərək deyib ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi  deyil, həm də Azərbaycan xalqının mədəni və tarixi irsinin daşıyıcısıdır və Mədəniyyət Mərkəzi bu layihəni bundan sonra da davam etdirməyə, universitetdə yaradılan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzini daim müxtəlif zəruri nəşrlərlə zənginləşdirməyə hazırdır.  

Deyilib ki, Mədəniyyət Mərkəzi tərəfindən iki ölkənin bakalavr, magistr və doktorantura tələbələri tərəfindən qardaş ölkəyə həsr olunmuş mövzularda dissertasiyaların və  elmi layihələrin yazılması, tələbə mübadiləsi, birgə kitabların nəşri ilə bağlı irəli sürülən təkliflər Şərqşünaslıq Universiteti rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 

 

Избранный
8
4
xalqqazeti.az

5Источники