RU

"Beşiktaş" heyətini kolumbiyalı futbolçu ilə gücləndirir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Beşiktaş" klubu Kolumbiyanın "La Ekvidad" komandasından yarımmüdafiəçi Elan Rikardo ilə anlaşdıqlarını açıqlayıb.
Oxu.Az "NTV Spor"a istinadən xəbər verir ki, Elan Rikardonun transferi ilə bağlı İstanbul təmsilçisinin rəsmi saytından verilən açıqlama belədir:
"Klubumuz "La Ekvidad"da çıxış edən Elan Rikardonun transferi üçün futbolçu və onun klubu ilə prinsipial razılığa gəlib.
Elan Rikardo sabah (11 fevral) tibbi müayinədən keçmək və transfer görüşünü tamamlamaq üçün İstanbula gələcək".
Rikardonu daşıyan təyyarənin Türkiyə vaxtı ilə səhər saat 4:10-da İstanbul Hava Limanının beynəlxalq terminalında olacağı açıqlanıb.
Qeyd edək ki, Elan Rikardo 20 fevral 2004-cü ildə Kolumbiyada anadan olub. 184 sm boyu olan yarımmüdafiəçi "La Ekvidad"ın gənclər akademiyasında məşq edib və əsas komandaya qədər yüksəlib.
20 yaşlı futbolçu bu mövsüm üç matçda meydana çıxıb və meydanda keçirdiyi 211 dəqiqədə bir dəfə rəqib qapısına yol tapmağı bacarıb.
Избранный
11
1
oxu.az

2Источники